Menu

Təyyarə qazasında ölənlərin sayı artır

01.07.2015, 10:51
Təyyarə qazasında ölənlərin sayı artır

İndoneziyanın Medan şəhərində C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 140-a çatıb.

Göyərtədəki 122 sərnişinin həlak olduğu təyyarə yaşayış bölgəsinə düşdüyü üçün qurbanların sayının artacağı gözlənilir.

Təyyarınin sənişinləri əsasən yeni yaşayış yerinə köçürülən hərbçilərin qohumları olub.

Hazırda qəzanın niyə baş verdiyi məlum olmasa da, təyyara havaya qalxdıqdan sonra pilotun texniki səbəblərdən dolayı təcili eniş istəməsi məlumdur.

Şahidlərin sözlərinə görə, təyyara çox aşağıdan uçub və ətrafı qara tüstü və alovla bürünüb.

C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin 1964-cü ildə istifadəyə verildiyi deyilir. Hərbçilər onun "yaxşı vəziyyətdə" olduğunu bildiriblər.

Bu hadisə son 10 il ərzində Medanda ikinci belə irimiqyaslı təyyarə qəzasıdı. 2005-ci ildə Boeing 737 yaşayış zonasına düşüb. O zaman 143 nəfər sərnişin və 30-u sadə vətəndaş həlak olub.

Medan şəhərinin əhalisinin sayı 3 milyondan çoxdur. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol