Menu

SOCAR mənfəətini açıqladı

01.07.2015, 12:38
SOCAR mənfəətini açıqladı

2014-cü ildə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) xalis mənfəəti 1 mlrd. 274 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 30,4% çoxdur.

Bu məlumat şirkətin 2014-cü il üçün birləşdirilmiş maliyyə hesabatında öz əksini tapıb.

SOCAR-ın 2014-cü il ərzində maliyyə fəaliyyətinin BMHS üzrə auditini “Ernst & Young” şirkəti aparıb.

Ötən il SOCAR-ın gəlirləri 39 mlrd. 674 mln. manat (artım 3,2%) təşkil edib.

2014-cü ildə şirkət əməliyyat fəaliyyətindən 1 mlrd. 798 mln. manat (artım 8,9%) mənfəət əldə edib. Ötən il şirkətin dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmaları 465 mln. manat (artım 4,7%) təşkil edib.

2014-cü ildə SOCAR-ın aktivləri 4,4% - 24 mlrd. 67 mln. manatadək artıb. Bununla yanaşı, ötən il şirkətin uznmüddətli aktivləri 7,2% - 16 mlrd. 269 mln. manatadək artıb, qısamüddətli aktivləri 0,9% - 7 mlrd. 798 mln. manatadək azalıb.

2014-cü ildə SOCAR-ın kapitalı 8,1% - 11 mlrd. 57 mln. manatadək artıb. Bununla yanaşı, şirkətin nizamnamə kapitalı 1 mlrd. 496 mln. manata (artım 13,7%), bölüşdürülməmiş ümumi mənfəəti 8 mlrd. 348 mln. manata (artım 10,5%) bərabərdir.

Qeyd olunan ildə şirkətin öhdəlikləri 1,5% - 13 mlrd. 10 mln. manatadək artıb. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəlikləri 6 mlrd. 119 mln. manat (artım 24,7%), cari öhdəlikləri 6 mlrd. 891 mln. manat (azalma 12,9%) təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol