Menu

Azərbaycan ATƏT PA-nın müşahidə missiyasını parlament seçkilərinə dəvət edib

01.07.2015, 15:31
Azərbaycan ATƏT PA-nın müşahidə missiyasını parlament seçkilərinə dəvət edib

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidentinə məktub göndərib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçə məktub göndərib.

Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə işləmək üçün dəvət olunur.

B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: “Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol