Menu

Rusiya Ukraynaya qaz satışını dayandırdı

01.07.2015, 16:51
Rusiya Ukraynaya qaz satışını dayandırdı

Rusiyanın “Qazprom” şirkəti bu gündən etibarən qabaqcadan ödəniş etmədiyi üçün Ukraynaya qaz ixracını dayandırdığını bildirib.

"APA-Economics"in RİA "Novosti" agentliyinə istindən verdiyi məlumata görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller açıqlama verib.

Qeyd edək ki, iyunun 30-da "Naftoqaz Ukrayna" şirkəti Rusiyadan tədarük olunan qazın qiyməti ilə bağlı razılığın əldə olunmaması səbəbindən iyulun 1-dən qonşu ölkədən qaz idxalının dayandıracaqlarını bəyan edib.

Eyni zamanda şirkətdən bildirilib ki, rəsmi Kiyev "müqavilə şərtlərinə uyğun olaraq" Rusiya qazının Avropaya tranzitini həyata keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol