Menu

Heydər Əliyev prospektində kütləvi dava...

01.07.2015, 19:23
Heydər Əliyev prospektində kütləvi dava...

Bakıda qohumlar arasında dava düşüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Xəyal Zülfəli oğlu Alşanov, qardaşı - 1974-cü il təvəllüdlü Ramiz, qardaşı oğlu - 1994-cü il təvəllüdlü Ramid, 1989-cu il təvəllüdlü Nihad Nazim oğlu Məmmədov, Valeh Xəlil oğlu Süleymanov və Əli Elxan oğlu Abıyev xuliqanlıq zəminində bir birlərini döyüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol