Menu

Qaraçuxur qəsəbəsində yenidən 2 avtomobil yandırıldı - ÖZƏL

02.07.2015, 13:31
Qaraçuxur qəsəbəsində yenidən 2 avtomobil yandırıldı - ÖZƏL

Dünən gecə, saat təxminən 3:00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yenidən 2 avtomobil yandırılıb. Bu barədə "AzPolitika.info"ya qəsəbə sakinlərindən biri məlumat verib.

Avtomobili yandırılanlardan birinin Bakı Hava Limanının, digərinin isə Metropolitenin işçisi olduğu bildirilir. Bu da qəsəbə sakinləri arasında ciddi narahatlığa səbəb olub. Məsələ ondadır ki, son 2-3 ay ərzində Qaraçuxurda 20-dən artıq avtomobil yandırılıb. Yanğınlar, əsasən, "Dostluq" market, "JEK binası" adalana ərazi və "P" şəkilli binalar ətrafında baş verir. Hətta bir gecədə 10-dan çox avtomobilə od vurulub.

Bir qədər əvvəl isə Bakıda avtomobilləri yandıran şəxsin tutulduğu xəbəri yayılmışdı. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılmışdı.

Məlumatda bidrilirdi ki, S. Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var. O, bu aləmdə “Dəli Səfər” ləqəbi ilə tanınır. Avtomobili yandırılanlar arasında kriminal aləmdə “Seyid” ləqəbi ilə tanınan avtoritetin də olduğunu əsas gətirərək, onun bu əməli qisasçılıq məqsədilə törətdiyi iddia edilirdi.

Ancaq dünən gecə də 2 avtomobilin yandırılmasını və onların sahiblərinin kriminal aləmlə hər hansı bağlılığının olmadığnı nəzərə alaraq, hadisənin arxasında başqa qüvvələrin olduğunu söyləmək olar. Məqsədləri nədir, bunu da hüquq-mühafizə orqanları müəyyən etməlidir.

Vaqif

AzPolitia.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol