Menu

Ermənilər əsgərimizi yaraladı

12.09.2013, 18:31
Ermənilər əsgərimizi yaraladı

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hadisə cəbhənin Tərtərin Borsunlu kəndi istiqamətində qeydə alınıb. Erməni gülləsinə tuş gələn 19 yaşlı Amil Rasim oğlu İbrahimovdur. Çiynindən yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, A. İbrahimov Şəki rayonundan hərbi xidmətə çağırılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol