Menu

Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub

04.07.2015, 13:35
Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub

Latviyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkənin “Adaji” hərbi bazası, Hücumun birgə idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərərsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və “SWATH” patrul gəmisini ziyarət edib.

Ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Raimonds Qraube müşayiət edib.

Qeyd edək ki, Z. Həsənovun Latviyaya səfəri bu gün başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol