Menu

Bakıda həbsxanada cəza çəkən məhbusda narkotik aşkarlandı

04.07.2015, 18:33

heroinBakıda həbsxanada cəza çəkən məhbusda narkotik vasitə aşkar edilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Həmin müəssisədə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsi ilə cəza çəkən 1977-ci il təvəllüdlü Mahir Cabir oğlu Novruzovun dolabından narkotik vasitə sayılan heroin götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol