Menu

Tunisdə fövqəladə vəziyyət elan olunub

04.07.2015, 20:12
Tunisdə fövqəladə vəziyyət elan olunub

Tunis, 38 nəfərin ölümü ilə nəticələnmiş Sousse şəhərinə hücumdan bir həftə keçmiş, fövqəladə vəziyyət elan edib.

İyunun 26-da baş vermiş hücumdan sonra Tunis rəsmiləri təhlükəsizlik tədbirlərini gücləndirmiş, otel və çimərliklərə hərbçilər göndərmişdi.

İslam Dövləti qruplaşması hücum üçün məsuliyyəti öz üzərinə götürüb. Ölənlərdən 30 nəfəri britaniyalı turistdir.

Tunis prezidenti Beji Caid Essebsi-nin xalqa müraciət edəcəyi gözlənilir.

Sousse şəhərindəki hücuma cəld reaksiya vermədiyi üçün, təhlükəsizlik qüvvələri tənqidlərə məruz qalıb.

Mütəxəssislərin sözlərinə görə, Tunis, Liviyadakı xaotik vəziyyətə görə risk altındadır və Suriya və İraqda döyüşüb geri dönmüş tunislilər təhlükə mənbəyidir.

Tunis, sonuncu dəfə 2011-ci ildə fövqəladə vəziyyət elan etmişdi.

Həmin vaxt ölkənin keçmiş prezidenti Zine əl-Abidin Ben Əli ölkədə baş vermiş qiyamın ardından devrilmişdi. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol