Xarici KİV-in yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların prezidenti Barak Obamanı milli bayram - müstəqillik Günü münasibətilə təbrik edib. Məlumatı Kremlin mətbuat xidməti yayıb (İnterfaks.ru).
Mətbuat xidmətinin məlumatında deyilir: «Rusiyanın dövlət başçısı təbrik teleqramında qeyd edib ki, iki ölkə arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, Rusiya-ABŞ münasibətləri dünyada sülhü və təhlükəsizliyi təmin edən əhəmiyyətli amil olaraq qalır».
Putin əmin olduğunu bildirib ki, bərabərhüquqluluq və bir-birinin maraqlarına hörmət etmək prinsipləri əsasında dialoq qurmaqla, Rusiya və ABŞ ən mürəkkəb beynəlxalq problemlərin həlli yollarını tapmağa və qlobal təhlükələrə, çağırışlara sinə gərməyə qadirdir.
AzPolitika.info


Şərhlər