Menu

Yunanıstanda referendum keçirilir

05.07.2015, 11:27
Yunanıstanda referendum keçirilir

Yunanıstanda referendumda səsvermə keçirilir.

APA-nın məlumatına görə, Yunanıstan vətəndaşları ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməli, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə qərar verməlidirlər.

Referendumda səsvermə saat 7.00-dan 19.00-dək keçiriləcək.

Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol