Menu

Türkiyədə Baş Qərargah rəisinin dəyişdiriləcəyi gözlənilir

06.07.2015, 17:25
Türkiyədə Baş Qərargah rəisinin dəyişdiriləcəyi gözlənilir

Avqustda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin ediləcəyi gözlənilir.

Trend-in “Kanal 7” telekanalına istinadən verdiyi məlumata əsasən, yeni təyinata səbəb ölkənin fəaliyyətdə olan Baş Qərargah rəisi Necdet Özelin təqaüdə çıxmasıdır.

Məlumatda deyilir ki, yeni Baş Qərargah rəisi Quru Qoşunlarının komandanı, 63 yaşlı general Hulusi Akar ola bilər.

Xatırladaq ki, bundan N.Özelin avqustun 30-da səhhətindəki problemlərlə əlaqədar istefaya gedəcəyi deyilmişdi.

Baş Qərargah bu məlumatı nə təsdiqləmiş, nə də təkzib etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol