Menu

“Qoşun göndərməyəcəyik” - Obama

07.07.2015, 08:58
“Qoşun göndərməyəcəyik” - Obama

ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq üçün xaricə quru qoşunları göndərməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı mübarizə qısamüddətli olmayacaq. “İŞİD-in məhv edilməsi müəyyən vaxt tələb edir”, deyə B.Obama bildirib.

Onun sözlərinə görə, terrorçulara qalib gəlmək üçün, ilk növbədə, yerli güc strukturlarının möhkəmləndirməsi vacibdir.

Qeyd edək ki, ABŞ prezidenti Pentaqonda İŞİD-lə mübarizə ilə bağlı müşavirə keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol