Menu

Səudiyyə Krallığı Rusiyaya 10 milyard investisiya yatıracaq

07.07.2015, 17:34
Səudiyyə Krallığı Rusiyaya 10 milyard investisiya yatıracaq

Rusiya KİV-nin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının «Public Investment Fund» (PIF) suveren fondu Rusiya iqtisadiyyatına 10,0 milyard dollar investisiya yatıracaq. Bu barədə məlumatı Rusiya birbaşa investisiyalar fondunun (RBİF) başçısı Kirill Dmitriyevə istinadla, «BBC» yayıb (Rosbalt).

Dmitriyev qeyd edib ki, RBİF, hər birinin potensial investisiya kapitalı 1 milyard dollar təşkil edən 10-a yaxın layihə reallaşdırmağı nəzərdə tutub.

«Aydındır ki, 10 milyard sərmayə bir ayın içərisində yox, 4-5 il müddətində yatırılacaq»-deyə, Dmitriyev izah edib. Onun sözlərinə görə, prioritet kimi infrastruktura, kənd təsərrüfatı, təbabət, logistika, riteyl və daşınmaz əmlak sektorları nəzərdə tutulub.

RBİF başçısı onu da qeyd edib ki, ərəb ölkələri Rusiya üçün yeni investorlar ola bilərlər. Belə ki, son vaxtlar Ərəbistan-Rusiya münasibətlərində pozitiv dönüş baş verib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol