Menu

Terrorçular 14 nəfəri öldürdü

08.07.2015, 00:29
Terrorçular 14 nəfəri öldürdü

Keniyanın Mandera şəhəri yaxınlığında karxana işçiləri hücuma məruz qalıblar.

ANS PRESS-in məlumatına görə, vaməlum silahlı dəstənin işçilərə atəş açması nəticəsində azı 14 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məlumata görə, silahlılar gecə vaxtı işçilər yatılı olan zaman onların evlərinə hücum ediblər. Hücuma görə, Somalinin əş-Şəbəb qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma üzvləri bildiriblər ki, Afrika İttifaqı koalisiya qoşunları Somalidən çıxmadıqca onlar hücum etməyə davam edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol