Menu

Rus milyarder Qarabağda mətbuat konfransı keçirəcək

08.07.2015, 09:26
Rus milyarder Qarabağda mətbuat konfransı keçirəcək

Sterliqov: “Bu gün dağdan aşağı enib internetə girdim və dəli oldum".

Ailəsi ilə birgə Qarabağa köçən qalmaqallı rusiyalı milyarder German Sterliqov bazar ertəsi mətbuat konfransı keçirəcəyini bildirib. Anspress-in məlumatına görə, Sterliqov bu haqda “Vkontakte” sosial şəbəkəsində xəbər yayıb.

“Bu gün dağdan aşağı enib internetə girdim və dəli oldum. Qarşıdakı bazar ertəsinə mətbuat konfransı təyin edirəm. Mətbuat konfransının keçiriləcəyi yer Dağlıq Qarabağda Şuşa şəhəridir”, - deyə rusiyalı milyarder yazıb.

Bir gün əvvəl Sterliqovun vəkili Artur Ayrapetov biznesmenin Dağlıq Qarabağa köçməsini təsdiq edib. Ayrapetov biznesmenin bütün ailəsi ilə bərabər getdiyini qeyd edib. O, biznesmenin gedişinin nəylə bağlı olduğunu izah edə bilməyib.

Vəkil Artur Ayrapetov: "Dağlıq Qarabağda indi kifayət qədər günəşli, gözəl, yaxşı, ekoloji təmiz hava var. Bütün bunlar haqqında German Lıvoviç uzun müddət arzu edib və indi burada o tam istirahətdədir. Buna görə, mümkündür ki, bura onun xoşuna gələcək və hansısa bir vaxt ərzində o Qarabağda qalacaq. Hazırda o ikinci qəsəbənin tikintisi üçün yer axtarır, amma artıq Qarabağda. Burada onun kifayət qədər çox yaxşı və maraqlı tanışları, nüfuzlu insanlar var. Amma düşünmürəm ki, o həmişəlik orada qalmayacaq. German Lıvoviç geri qayıdacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol