Menu

Azərbaycan nefti 2 dollar da ucuzlaşdı

08.07.2015, 10:09

oil neftİyulun 7-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 57,29 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Bu, iyulun 6-da qeydə alınmış qiymətdən 2,12 dollar azdır.

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol