Menu

Rusiyanın sədrliyi ilə ŞƏT və BRİCS-in sammitləri keçirilir

08.07.2015, 12:18
Rusiyanın sədrliyi ilə ŞƏT və BRİCS-in sammitləri keçirilir

Başqırdıstanın paytaxtında çərşənbə axşamı Rusiyanın sədrliyi altında ŞƏT (Şanxay Əməkaşlıq Təşkilatı) və BRİCS-in (BRİCS - Brazil, Russia, India, China, South Africa) beynəlxalq sammitləri start götürür. Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir.

İşgüzar forum ilə işə başlayan BRİCS sammitində, beynəlxalq iqtisadi vəziyyətin yaxşılaşdırılması məsələləri müzakirə ediləcək.

ŞƏT sammitində təşkilatın genişləndirilməsi elan ediləcək – 2014-cü ilin sentyabrında ŞƏT-ə daxil olmaq üçün Pakistan və Hindistan ərizə verib.

Bu gün üçün ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusuna isə Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan sahibdirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol