Menu

Qarabağ erməniləri Ermənistana hücuma hazırlaşır

08.07.2015, 13:59
Qarabağ erməniləri Ermənistana hücuma hazırlaşır

Ermənistanda davam edən aksiyalara polis və mülki geyimlilərin sərt müdaxiləsindən sonra aksiya iştirakçıları hərəkatın sosial müstəvidən siyasi müstəviyə keçdiyini bəyan ediblər.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən “Yeni Müsavat”a daxil olan məlumata görə, etiraz aksiyaları fonunda yaranan gərginlik hazırda hakim elita sayılan “Qarabağ klanı” ilə “Ermənistan klanı” arasındakı gərginliyi artırıb. Belə ki, aksiyanın dağıdılmasında sərt üsullar planlaşdıran hakimiyyət polisin yerli ermənilərlə qohumluq, qonşuluq, tanışlıq, sonradan əvəzçıxma prinsipləri səbəbindən davranışlarında ehtiyat etdiklərindən Qarabağ ermənilərindən dəstələr təşkil edərək İrəvanda aksiyanın dağılmasında istifadə edirlər. “Onlar kobud şəkildə barrikadaları dağıdır, sipər yaradan aksiya iştirakçılarını bir-birindən qopararaq polis maşınlarına doldururlar. Dəyənəklərdən düşmən kimi istifadə edirlər” – deyə aksiya iştirakçılarından biri qeyd edib.

Belə bir vəziyyət Qarabağda yerləşdirilən ermənilərlə Ermənistan erməniləri arasında mövcud olan intiriqanı pik səviyyəyə çatdırıb. Vəziyyət o həddə çatıb ki, artıq İrəvandan Qarabağ ermənilərini qovmağa başlayıblar. Ölkənin bu vəziyyətə düşməsində “Qarabağ klanı”nı günahlandıran ermənilər, hazırki vəziyyətdə bütün uğursuzluqlarının səbəbkarı hesab etdikləri Qarabağda yerləşdirilən ermənilər vasitəsi ilə onlara belə təzyiq göstərilməsi və bunun milli qırğına səbəb olacağından narahatdırlar. Artıq aksiyalarda “Rədd ol Qarabağ”, “Problemsiz Ermənistan istəyirik” şuarlarının səsləndirilməsi aksiyaların həqiqətən siyası müstəviyə keçdiyindən xəbər verir.

Son bir neçə gün ərzində separat Qarabağ ərazisində “nazir”lərin dəyişdirilməsi, hərbi hissə rəhbərlərinin klana daha yaxın namizədlərlə əvəz olunması Sarkisyan rejiminin xalq hərəkatının gedişatından asılı olaraq Qarabağ erməniləri və ümümqoşun ordsu vasitəsi ilə Ermənistana hüçum hazırlığı planının tərkib hissəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol