Xarici KİV-in yaydığı xəbərə görə, Avstriya parlamenti Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişinin ratifikasiya prosedurunu başa çatdırıb. Bu barədə Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerbı özünün Twiiter səhifəsində məlumat dərc edib (Rosbalt).
«Çoxluq fraksiyası - lehinədir. Azadlıq partiyası və Ştronaxın fraksiyası - əleyhinədir. İndi federal prezidentin imzası lazımdır» - deyə, səfir yazır.
Bu ərəfədə Niderland parlamenti də Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişinin ratifikasiya prosedurunu yekunlaşdırıb.
Bundan əvvəl, iyulun 3-də Ukraynanın prezidenti Petro Poroşenko bəyan edib ki, Avropa İttifaqının 28 üzv ölkəsinin 21-i artıq Ukrayna ilə assosiasiya sazişini ratifikasiya edib.
AzPolitika.info


Şərhlər