Menu

Ermənilər Bakıdan razı qayıdıb

09.07.2015, 10:55
Ermənilər Bakıdan razı qayıdıb

Rostomyan: "Bakıda bizə verilən qarantiyaları əməldə gördük"

Ölkə 3 medal qazanmağı məqsəd qoymuşdu, lakin Ermənistan Olimpiya Komitəsinin nümayəndəsi Hraçya Rostomyanın sözlərinə görə, “şərait və idmançıların yaşadığı gərginlik nəzərə alınsa”, 1 medal da pis deyil.

“Bizim məqsədimiz Bakıda bayrağımızı ucaltmaq olub, lakin daxilən himnimizin səsləndirilməsini də arzulayırdıq, lakin alınmadı”, - o heyfsilənib.

Bakıda keçirilən ilk Avropa Oyunlarında 66 kiloqram çəki kateqoriyasında çıxış edən ermənistanlı yunan-roma güləşçi gümüş medal qazanıb.

Ermənistan Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyanın sözlərinə görə, Ermənistan atletlərinin Bakıda Avropa Oyunlarında iştirakı beynəlxalq Avropa və olimpiya hərəkatı üzvləri ailəsində Ermənistanın nüfuzunu daha da qaldırıb.

“Heç kəsə Bakıya getmək xoş deyildi, lakin bu Oyunlar beynəlxalq qurumlarla razılaşmaların işlədiyini göstərdi. Biz Bakıda bizə verilən qarantiyaları əməldə gördük və bunun üçün Avropa və Beynəlxalq Olimpiya Komitələrinə minnətdarıq. Biz üzərimizə düşən etimadı doğrultduq və bu addımımız beynəlxalq Avropa və olimpiya hərəkati üzvləri ailəsində ölkəmizin nüfuzunu daha da qaldırdı”, - Rostomyan deyib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Ermənistan nümayəndə heyəti üzvlərinə yaxınlaşaraq Avropa Oyunlarında iştirak etdiyi üçün təşəkkür edirdi.

“Tək bizim Bakıya getmək qərarımız artıq qələbə idi. Bu Oyunların ən böyük qalibi bizim komanda oldu”, - Rostomyam deyib. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol