Menu

Mirşahin 7 saytı məhkəməyə verir - Siyahı

15.01.2014, 18:12
Mirşahin 7 saytı məhkəməyə verir - Siyahı

“ANS” Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaymış bir sıra sayt və portallar bu gün məhkəməyə verilib.

“Qafqazinfo” xəbər verir ki, ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqları üçün, məhkəmədə cavab verəcək portallar aşağıdakılardır: Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az.

Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol