“Sədr aparatı qurumun bütün üzvlərini yanvarın 16-da keçiriləcək sessiyaya dəvət edib. Amma toplantıda neçə nəfərin iştirak edəcəyini indidən demək mümkün deyil”. Milli Şuranın sədr aparatının üzvü Oqtay Gülalıyev “Media forum” saytına belə deyib.
Onun sözlərinə görə, hazırda şura üzvlərinin dəqiq sayı məlum deyil: “Son zamanlar bir neçə nəfər istefa verib, Müsavat Partiyası qurumdan çıxıb. Ona görə də üzvlərin sayı dəqiqləşməlidir. Dəqiq say sessiyada bilinəcək”.


Şərhlər