Menu

Səfirlikdən “DQR” “prezidenti” ilə bağlı açıqlama

09.07.2015, 16:06
Səfirlikdən “DQR” “prezidenti” ilə bağlı açıqlama

"Böyük Britaniya qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır"

“Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb”.

Bunu APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Açıqlamada deyilir ki, B. Saakyan Böyük Britaniyaya müstəqil şəkildə səfər edib və Britaniya hökumətinin bu səfərdə heç bir rolu yoxdur: “Parlamentarlar kimi parlamentə dəvət edəcəklərinə özləri qərar verirlər. Böyük Britaniyanın mövqeyi dəyişməzdir. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol