Rusiya KİV-nin yaydığı məlumata görə, Belarus 3 milyard dollar kredit ayrılması xahişi ilə Rusiyaya müraciət edib. Bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov jurnalistlərə xəbər verib. Onun sözlərinə görə, məsələ, bundan əvvəlki dövrlərdə Belarusun Rusiya kreditləri üzrə şərtlərə əməl etməsinin vəziyyəti nəzərə alınaraq həll olunacaq (İnterfaks.ru).
Rusiyalı nazir həm də xəbər verib ki, cümə axşamı hökumətin iclasında bundan əvvəl təsdiqlənmiş kredit proqramı üzrə (760,0 milyon dollar) Belarusa dəstək kreditinin ikinci hissəsinin verilməsi məsələsinə baxılacaq: «Bu gün qərar qəbul olunacaq, biz də iyulda həmin pulları verəcəyik».
Prezidentin mətbuat katibi Dmitri Peskov isə öz tərəfindən bəyan edib ki, Vladimir Putinin Belarusun başçısı Aleksandr Lukaşenko ilə görüşündə kredit məsələsi ətraflı müzakirə olunmayıb. «Detallarla (kredit mövzusu) - yox. Maliyyə-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə isə toxunulub» - deyə, Peskov bu günkü brifinqdə uyğun sualları cavablandırarkən söyləyib.
Bundan əvvəl xəbər verilmişdi ki, hökumət cümə axşamı borcu remaliyyə etmək üçün Belarusun kredit xahişinə baxacaq. «Məsələ həll olunacaq və onlar (Belarus) öz pullarını alacaqlar» - deyə, Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bəyan edib.
Məlumat üçün bildirək ki, Belarusun xarici dövlət borcu 01 iyun 2015-il tarixinə 12,7 milyard dollar təşkil edir və məzənnə fərqi nəzərə adınmaqla, borc ilin əvvəlindən 1,0 faiz yüksəlib.
AzPolitika.info


Şərhlər