Menu

Azərbaycan əhalisinin sayı açıqlandı - VİDEO

09.07.2015, 19:38
Azərbaycan əhalisinin sayı açıqlandı - VİDEO

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5% artaraq, bu il iyun ayının 1-nə olan vəziyyətə görə 9 mln. 636,3 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olub. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub.

Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən, oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol