Menu

Azərbaycan milli komandası 7 pillə irəlilədi- CƏDVƏL

09.07.2015, 21:15
Azərbaycan milli komandası 7 pillə irəlilədi- CƏDVƏL

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Azərbaycan milli komandası ötən ayla müqayisədə 7 pillə irəliləyib.ANS PRESS-in məlumatına görə, hazırda 302 xala malik milli komandamız 108-ci pillədə qərarlaşıb.

AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə isə ən yaxşı göstərici 4 pillə irəliləyən Xorvatiya yığmasına məxsusdur. Oktyabrda Bakı Olimpiya Stadionunda qarşılaşacağımız İtaliya millisi 4 pillə geriləyib. Geriləyənlər arasında Norveç (3 pillə), Bolqarıstan (6 pillə) və Malta (13 pillə) komandaları da var.

14 (18) Xorvatiya – 1023

17 (13) İtaliya – 1001

67 (64) Norveç - 495

68 (62) Bolqarıstan - 489

108 (115) Azərbaycan - 302

158 (145) Malta – 157

İlk onluqda da dəyişikliklər baş verib. İki pillə irəliləyən son Dünya və Amerika Kubokunungümüş mükafatçısı Argentina reytinq siyahısında zirvəyə çıxıb. Almaniya bir pillə geriləyərək siyahıda 2-ci yerdə qərarlaşıb. Eyni aqibəti Belçika və Braziliya milliləri də yaşayıb. Hollandiya 1 pillə, Rumıniya 4 pillə, İngiltərə 6 pillə, Uels isə 12 pillə irəliləyib.

FİFA-nın reytinq siyahısı, ilk 10-luq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol