ABŞ Qərargah rəislərinin birləşmiş komitəsinin başçısı vəzifəsinə namizədlərdən biri, dəniz piyadaları generalı Cozef Danford hesab edir ki, Rusiya Amerikanın milli təhlükəsizliyi üçün ən böyük təhlükədir. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.
“Əgər siz ABŞ-a real təhlükə kəsb edən ölkədən danışmaq istəyirsinizsə, mən Rusiyanı qeyd eləməliyəm. Əgər siz Moskvanın davranışına nəzər salsanız, bu narahatlqı doğurur. Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhlükədir”, – deyə general ABŞ Senatında namizədliyi müzakirə olunarkən qeyd edib.
O, Çini, Şimali Koreyanı və İŞİD-id də eyni qrupa daxil edib. Bundan əlavə, general Ukraynaya ölümül silahların verilməsini vacib sayıb. Onun sözlərinə görə, belə hərbi kömək olmadan Ukrayna özünü Rusiya işğalından qoruya bilməz.
Xatırladaq ki, az öncə ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Ceyms də Rusiya təhlükəsi haqda eyni fikri söyləmişdi.


Şərhlər