Menu

Köçəryan yeni partiya yaradır

10.07.2015, 13:33
Köçəryan yeni partiya yaradır

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan və onun “Çiçəklənən Ermənistan” partiyası üzrə həmkarı Vaqe Ovannisyan yaxın zamanlarda yeni partiyanın yaradılacağını bəyan edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, yeni siyasi qüvvə “Çiçəklənən Ermənistan”ı əvəz edəcək. Konkret olaraq V. Oskanyanın yaradacağı partiya sabiq prezident Robert Köçəryanın böyük siyasətə dönüşü üçün səylər göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol