Yunanıstanın dünən gecə kreditorlara təqdim etdiyi son təklifin detalları.
-3 illik 53.5 milyard Avroluq (59.2 milyard dollar) yardım paketi
-Dövlət xərclərində 13 milyard Avroluq qənaət nəzərdə tutulur
-Yunanıstanın borclarının ödəmə şərtləri dəyişdirilməlidir (restrukturizasiya)
-35 milyard avroluq iqtisadi artımı dəstəkləmə paketi
-Əmək müqaviləsi sistemi yenilənməlidir
-Dərman sektoru, o cümlədən bəzi sektorların rəqabətə açılması
-Pensiya islahatı qənaətinin 2016-da milli gəlirin 1%-nə qədər artması
-ƏDV islahatı ilə qənaətin 2016-da milli gəlirin 1%-nə qədər artması
-Müdafiə xərclərinin 2016-cı ilin sonuna qədər 300 milyon Avro azaldılması
-Ən aşağı pensiya alanlara verilən dövlət yardımının 2019-cu ilə qədər mərhələli olaraq ləğv edilməsi
-Pensiya yaşının 2022-ci ilə qədər 67-yə yüksəldilməsi
-Pensiya islahatına 2015-ci ilin Oktyabr ayından başlanması
-Şirkətlər vergisinin 26%-dən 28%-ə yüksəldilməsi
-Restoranlar üçün 23 faiz, otellər üçün 13 faiz ƏDV
-Adalar üçün vergi sərbəstliyinin 2016-cı ilin sonuna qədər ləğv edilməsi
-Gəmiçilik şirkətlərinə qarşı vergilərin artırılması
-Lüks vergisi və TV reklam çarxlarından alınan vergilərin artırılması
-Liman, hava limanları və telekommunikasiya şirkətlərinin özəlləşdirməlsi
Yunanıstanın Alexis Tsipras rəhbərliyindəki hökuməti təkliflərini Cümə gecəsi Avro Qrupuna təqdim edib və Bazar günü Avropa liderləri zirvəsində təkliflər müzakirə ediləcəkdir. Yunanıstanın 320 milyard avro (353 milyard dollar) borcu var. /"marja"

Şərhlər