Menu

Şərurda Təhsil Şöbəsi müdirini bıçaqladılar

10.07.2015, 14:53
Şərurda Təhsil Şöbəsi müdirini bıçaqladılar

Naxçıvan MR Şərur rayonu Təhsil Şöbəsinin müdiri Zaur Həsənov bıçaqlanıb. Bu barədə azadliq.info-ya Şərurdakı mənbələrdən məlum olub.

Məlumata görə, hadisə rayonun Arbatan kəndində baş verib. Dərs saatı ilə bağlı kənd məktəbinin müəllimlərindən biri ilə Zaur Həsənov arasında mübahisə yaranıb. Mübahisə qızışaraq dava-dalaşa səbəb olub. Sonda müəllim Zaur Həsənova bıçaqla xəsarət yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol