[caption id="attachment_134913" align="alignleft" width="300"] arxiv foto[/caption]
Rusiyada yaşayış binası çöküb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Permdə gecə saatlarında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəliyindən bildiriblər ki, binanın künc hissəsinin uçması nəticəsində 3 sakin yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Hadisə baş verən zaman binada 60 nəfər olub.
Binanın uçmasına partlayışın səbəb olduğu ehtimal edilsə də, mütəxəssislər bu versiyanı təsdiqləmirlər.


Şərhlər