Menu

ABŞ-ın xarici borcu dünya iqtisadiyyatı üçün təhlükədir - Vladimir Putin

11.07.2015, 16:32

putin azpolitikaRusiya KİV-nin yaydığı xəbərə görə, «BRİKS» və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-ın çox yüksək xarici borcu dünya iqtisadiyyatı üçün ciddi təhlükədir (Rosbalt).

«Avropada nə baş verdiyini biz, sizinlə yaxşı bilirik: yenə də iqtisadi inkişafın yavaşıması, Yunanıstan ətrafındakı problemlərlə balğı avrozonada böhranın yaşanması. Birləşmiş Ştatlarda da artım tempinin düşməsi. Deyək ki, orada məlum faktdır - borcun səviyyəsi ümumi daxili məhsulun (ÜDM) səviyyəsini aşıb. Səhv etməkdən ehtiyatlanıram, amma ölkənin ÜDM-i mənim bildiyim qədərində 17,8 trilyon dollar, borcu isə 18,2 trilyon dollar təşkil edir» - deyə, «RİA Novosti» prezidentdən sitat gətirir.

Onun sözlərinə görə, bu, təkcə Birləşmiş Ştatlar üçün yox, bütün dünya iqtisadiyyatı üçün də ciddi təhlükədir: «Bu mənada, BRİKS ölkələri də istisna deyil».

Bundan əvvəl, «birbaşa xətt»də Putin bəyan etmişdi ki, avrozonanın çoxlu sayda problemi, o cümlədən, borclu ölkələr problemi var və hazırda avrozona «çat verir».

«Baxın, avrozonanın nə qədər problemi var, o, çat verir: xarici borcu ÜDM-in 174,0 faizinə yüksəlmiş borclu ölkələrin aqibəti necə olacaq? Avrozona liderləri geri qalanlarla bacara biləcəklərmi? Bu da məlum deyil» - deyə, prezident qeyd etmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol