Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. ANS PRESS-in məlumatına görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.
"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.
Qeyd edək ki, Emin və Leylanın Əli və Mikayıl adında əkizləri var.
Xatırladaq ki, prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib. Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.
Leyla Əliyevanın açıqlamasından sonra EminAğalarov da məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".



Şərhlər