Menu

ABŞ MİLLİ TƏHLÜKƏSİZLİK AGENTLİYİ ƏTRAFINDA QALMAQAL – Almanlarda dinlənmə kabusu

12.07.2015, 14:17
ABŞ MİLLİ TƏHLÜKƏSİZLİK AGENTLİYİ ƏTRAFINDA QALMAQAL – Almanlarda dinlənmə kabusu

“Transatlantik dialoqu pozulub”

Almaniya və Amerika arasındakı idiki münasibətlər, qətiyyən yaxşı vəzyyətdə deyil. Hətta Berlindəki hakimiyyət dairələrinin iki ölkə arasındakı əməkdaşlığın heç zaman belə hamar olmadığını söyləməsinə baxmayaraq, “köhnə dostun” davranışlarına qarşı alman cəmiyyətinin tənqidi yanaşması göz qabağındadır.

Amerkanın Milli Təhlükəsizlik Agentliyi (MTA) barəsində hər həftə Almaniya KİV-lərində məqalələr dərc edilir. ABŞ-ın bu kəşfiyyat və təhlükəsizlik orqanının bütün sahələr üzrə, sanki kolleksiya yığar kimi, hər tərəfdən acgözlüklə məlumat toplamasının sərhəddi yoxdur. Onlar, hətta Kənd Təsərrüfatı Nazirliyi barəsində də geniş məlumatlar toplayıblar. ”Spiegel” jurnalının yazdığına görə, amerikanların casusluq hədəfində jurnalistlər də yer alırlar.(Die Zeit)

Bütün baş verən hadisələrə telefon nömrəsi MTA–nın dinləmə siyahısına düşən Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriel kimi yumorla da yanaşmaq mümkündür. Amma əslində indiki vəziyyət inanılmaz bir qalmaqaldır. Bu, çox qısa zaman kəsiyində Almaniya və Amerika arasındakı münasibətlərdə etibarlılığın itirildiyi nadir rast gəlinən hadisədir.

Məsələyə texniki baxımdan da yanaşmaq olar. Artıq Berlindəki siyasətçilər və yüksək vəzifəli məmurlar kripto (gizli) telefonlardan istifadəyə keçiblər. Onlar indi adi telefon xətti ilə əlaqə qurmurlar və çox böyük ehtimalla, xüsusi mühüm danışıqlar üçün açıq havada görüşmək məcburiyyətində qalacaqlar. Alman məmurları yəqin ki, bundan sonrakı mühüm görüşlərini Tirqarten və Qrunevalde parklarında keçirəcəklər. Onlar danışıqların ruslar və ya çinlilər tərəfindən dinləniləcəyindən yox, amerikanlar və britaniyalılıardan ehtiyat edirlər. Britaniyalılardanmı? Bəli, ekspertlər qeyd edirlər ki, bu məsələdə Britaniyanın GCHQ (Governnment Communications Headquarts) kəşfiyyatı MTA-dan irəliyə gedib.

Bu tarixçənin siyasi dərsləri barəsindəki məsələlər üzərində dayanaq. MTA-nın fəaiyyəti bundestaqın xüsusi komissiyası tərəfindən ciddi şəkildə araşdırılır. Deputatlar Almaniyanın xarici kəşfiyyatı BND-nin (Bundesnachrichtendienst) fəaliyyəti haqqında da bilgi öyrənmək istəyirlər. Berlindən fərqli olaraq, Vaşinqtonda hər şey çox sakitliklə qarşılanır. Almanların bu məsələdəki təlaşı onlara başadüşülməz gəlir.

ABŞ paytaxtında çoxları soruşur ki, necə olub ki, almanlar 2013-cü ildə iki ölkənin bir-birinə qarşı casusluq fəaliyyəti ilə məşğul olmayacaqları haqqında bağlanmış müqaviləni ciddi qəbul ediblər. Dünyanın heç bir ölkəsiylə bu cür razılaşması olmayan Amerikanın, Almaniya ilə bu cür müqavilə bağlaması qəribə deyilmi?

Bəli, kəşfiyyat məsələləri ilə peşəkarcasına məşğul olanlar, almanları həqiqətən də sadəlövh hesab edə bilərlər. Aydındır ki, casusluq fəaliyyəti Amerikada leqal deyil. Bu işlə məşul olanlar yaxalananda onları həbsə atırlar. Lakin beynəlxalq səviyyədə bu qəbul edilmiş bir işdir və bütün ölkələr praktik olaraq, casusluq fəaliyyətləri ilə məşğuldurlar.

Amerikan xüsusi xidmət orqanlarının ən yüksək mərtəbələrində xidmət göstərənlərdən biri indiki vəziyyətlə əlaqədər deyib: ”Almaniya mühüm ölkədir. Hətta əgər onlar yaxşı dost olsalar da belə, Almaniya və Amerikanın maraqları həmişə üst-üstə düşmür. Elə vaxtlar olur ki, amerikanların görmək istədiyini almanların siyasəti qəbul etmir. Bu barədə məlumatlar Vaşinqtondakı siyasi rəhbərlərə lazımdır. Bizə məlumat lazımdır və biz yaramazları deyil, maraqlarımıza cavab verən şəxsləri izləyirik”.

Bütün bunların əksinə isə, Almaniyanın yüksək vəzifəli məmurları israrla bildirirlər ki, biz amerikalılara qarşı casusluq fəaliyyətləri həyata keçirmirik. Başqa sözlə belə demək olar ki, Vaşinqtondakı Almaniya səfirliyinin damında Ağ Evə tərəf tuşlanmış antenna quraşdırılmayıb.

Bütün bunlarla yanaşı, burada söhbət təkcə hakimiyyət, pul və texnoloji yenilklərdən getmir. Əsas məsələ müxtəlif düşüncə tərzlərinin toqquşmasındadır. Ancaq bir məsələ aydındır -transatlantik dialoq pozulub və tezliklə onun yoluna qoyulması gərəkdir. Əgər hamı yalnız dinlənmədən qorunan kanallar vasitəsilə ünsüyyət quracaqsa, onda vəziyyət normallaşmayacaq.

Almaniyanın federal prezidenti özünün oktyabr ayındakı Vaşinqton səfəri zamanı keçirəcəyi görüşlərində bu məsələni mütləq şəkildə gündəliyə salmalıdır.

Çevirdi: Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol