Menu

Bakıda su böhranı

13.07.2015, 12:06
Bakıda su böhranı

Anar Cəbrayıllı: "Magistral kəmərdə baş verən qəza artıq aradan qaldırılıb"

Paytaxtın Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb. Məhdudiyyətlər bir neçə gündür ki, davam edir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı anspress-ə açıqlama verib.

Qurum rəsmisi bildirib ki, fasilələrin yaranmasına səbəb Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəzanın baş verməsi olub:

"Magistral kəmərdə baş verən qəza artıq aradan qaldırılıb. Paytaxtın su xətlərindəki təzyiq mərhələli şəkildə artırılır. Bakı şəhərinin içməli su ilə təmin edilməsi üçün sabahdan tam rejimə çıxılacaq", - deyə A.Cəbrayıllı əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol