Menu

Azərbaycanda 6 ayda yığılan verginin məbləği açıqlandı

13.07.2015, 12:57
Azərbaycanda 6 ayda yığılan verginin məbləği açıqlandı

Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları haqqında məlumat yayıb. Nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib:

“Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur”.

Qeyd olunub ki, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol