Xarici KİV-in yaydığı xəbərə görə, Nyu-Yorkun maliyyə xidməti Departamenti (DFS) «Deutsche Bank»dan özünün Moskva ofisinin fəaliyyəti barədə informasiya verməyi xahiş edib. Xəbəri «Bi-Bi-Ci» yayıb. Sorğu, Rusiyada çirkli pulların yuyulması barədə yayılmış informasiyalarla bağlıdır (İnterfaks.ru).
Departament xüsusi olaraq, elektron yazışmaların mətnini, sənədləri, müştərilərin siyahısını və iş üzrə digər materialları sorğu edib. Bununla, Departament bir neçə milyard dolların tranzaksiya yolunu izləməyi planlaşdırır. Versiyalardan birinə görə, bu «marşrut» şübhəli mənşəli gəlirlərin Rusiyadan çıxarılması məqsədilə istifadə oluna bilərdi.
DFS həm də bank tərəfindən muzdla tutulmuş konsultantlar, o cümlədən, şübhəli əməliyyatlar üzrə tövsiyyələr vermiş «Deloitte Touche» barədə informasiyalarla da maraqlanır.
«Financial Timec» nəşri sorğunun mətninə istinadla xəbər verir ki, bu iş bankın Moskva ofisinin əməkdaşlarından birinin guya, 2014-cü ilin sonunda rüşvətlə ələ alınması cəhdi ilə bağlıdır.
«Bloomberg» isə öz növbəsində, məlumat verir ki, DFS-in yoxlaması bankın Moskva ofisinin əməkdaşları tərəfindən rusiyalı müştərilərə bu ölkəyə tətbiq olunmuş iqtisadi sanksiyalardan yan keçmək imkanları yaradan əməliyyatların aparılıb-aparılmaması məsələsinə aydınlıq gətirmək məqsədi daşıyır.
Deutsche Bank isə bununla bağlı özünün Moskva filialında daxili yoxlamaya başlayıb. Araşdırma orta hesabla, rusiyalı müştərilər tərəfindən 6 milyard dollar pulun yuyulması şübhəsi əsasında aparılır.
AzPolitika.info


Şərhlər