Menu

"İrana investisiyaların yolu açılır" - Taner Yıldız

14.07.2015, 17:29
"İrana investisiyaların yolu açılır" - Taner Yıldız

"İranın nüvə proqramı üzrə saziş çox vacibdir, çünki İranın xeyli dərəcədə təbii qaz ehtiyatları var".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, İranla əldə edilən saziş bu ölkəyə investisiyaların yolunu da açır.

T.Yıldız qeyd edib ki, İranla bir çox investisiya layihələri mövcuddur və indi onlar üçün yol açıqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol