Menu

NATO-dan Dağlıq Qarabağ açıqlaması

14.07.2015, 17:48
NATO-dan Dağlıq Qarabağ açıqlaması

"Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır. "

Trend-in məlumatına əsasən, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi çox çətin prosesdir: “Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır".

U.Lahyunun sözlərinə görə, NATO tərəflər arasında vasitəçi olmağı planlaşdırmır: "Çünki belə danışıqlarda vasitəçilik NATO-nun səlahiyyətləri və vəzifələri sırasında deyil. Ancaq Alyans münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun bütün səylərini tamamilə dəstəkləyir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol