Menu

Sülhəddin Əkbər Milli Şuraya təkliflər verdi

16.01.2014, 17:38
Sülhəddin Əkbər Milli Şuraya təkliflər verdi

Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Milli Şuranın fəaliyyəti ilə bağlı müəyyən təkliflərlə çıxış edib.

APA-nın məlumatına görə, qurumun sessiyasında çıxış edən S.Əkbər qeyd edib ki, Milli Şuranın yeni dönəmdə funksiyası aydınlaşdırılmalı, böhrandan çıxarılması istiqamətində konkret addımlar atılmalıdır: “Biz qarşımıza konkret məqsəd qoymalıyıq. Mili Şuranın vəzifəsi koordinasiya olunmalı, Məşvərət və Koordinasiya komissiyası yaradılmalıdır. Milli Şurada struktur islahatları aparılmalıdır”.

S.Əkbər təklif edib ki, Milli Şurada partiyaların siyasi maraqları arxa plana keçməlidir: “Milli Şurada heç bir lider hegemonluğa cəhd etməməli, təşkilatdaxili balans qorunmalıdır”.

O, təkliflərini Milli Şuranın sədri Cəmil Həsənliyə təqdim edib.

Partiya sədrinin təklifləri aşağıdakılardan ibarətdir: 

- Milli Şuranın başlıca funksiyası məşvərət və koordinasiya olmalıdır

- Milli Şurada birləşdirici ümumi siyasi maraqlar öncəlik təşkil etməlidir

- Milli Şura daxilində həssaslıq və kövrəklik nəzərə alınmaldır

- Milli Şurada kimsə dominantlığa cəhd etməməlidir

- Milli Şura yenidən quruluşunda siyasi üstünlük yox, komplementarlıq nəzərə alınmalıdır

- Məşvərət forumununda geniş ictimai siyasi iştirakçılığa, fəaliyyətin koordinasiyasına imkan verilməlidir

Milli Şura üzvünün strukturla bağlı isə təklifləri bunlardır

-Siyasi partiyaların, qurumların təşkilatçılığı 5 nəfərdən artıq olmadan quruma yeni üzvlərin qəbulu dayandırmalıdır.

- İdarəçilik tam demokratik kollegial olmalıdır.

- Milli Şuranın sədri özünə mətbuat xidməti təyin edə bilər.

- Komitənin sədrləri siyasi fəaliyyətinə görə deyil, biliyinə görə seçilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol