Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə koalisiya hökuməti yaratmaqdan imtina edib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu MHP lideri Dövlət Bahçeli ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, bu, Ədalət və İnkişaf Partiyasının MHP ilə danışıqları davam etdirməyəcəyi mənasına gəlmir.
Qeyd edək ki, Ə.Davudoğlu ötən gün Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ilə görüşmüşdü.
* * *
Türkiyədə koalisiya hökuməti qurulması çərçivəsində növbəti önəmli görüş keçirilib. APA-nın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə görüşüb.
AKP nümayəndə heyətində Faruk Çelik, Mahir Ünal, Lütfi Əlvan, Haluk İpək, Ərtan Aydın, MHP heyətində isə Oktay Vural, Kənan Tanrıkulu, Semih Yalçın, İsmət Büyükataman və Mustafa Kalaycı təmsil olunub.
D. Bağçalının Böyük Millət Məclisindəki kabinetində keçirilən görüş 1 saat 45 dəqiqə davam edib. MHP lideri qonaqları kabinetinin qapısında qarşılayıb.
Görüşün yekunları ilə bağlı Ə. Davudoğlunun mətbuat konfransı keçirməsi, D. Bağçalının isə yazılı açıqlama ilə çıxış etməsi gözlənilir.


Şərhlər