Enerji naziri: "Bu hadisə BP-nin rəhbərlik etdiyi neft kəmərin işinə ciddi mənfi təsir edə bilər"
Rusiya Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft kəmərinin bir hissəsini işğal altında olan ərazilərə qatıb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi xəbər yayıb.
Bildirilir ki, iyulun 10-da Cənubi Osetiyada yaşayan Rusiya sərhədçiləri Tsitelubani və Orçosani kəndləri yaxınlığında “qanunsuz yerdəyişmə zolaqları” yaradıblar. Hər iki kənd hazırda özünü "müstəqil" elan etmiş Cənubi Osetiyanın nəzarətindədir.
Gürcüstan mətbuatı yazır ki, Bakı-Supsa neft kəməri bu kəndlərin yaxınlığından keçir. Kəmər Gürcüstan ərazisində idi, amma indi Rusiya sərhədçilərinin tətbiq etdiyi yeni sərhəd işarələrinə əsasən “işğal altında olan ərazilərdədir.”
Kaxa Kaladze - Gürcüstanın enerji naziri
Gürcüstanın enerji naziri Kaxa Kaladze jurnalistlərə deyib ki, bu hadisə BP-nin rəhbərlik etdiyi Bakı-Supsa neft kəmərinin işinə ciddi mənfi təsir edə bilər. Cənubi Osetiya “sərhədlərinin” genişləndirilməsi, Bakı-Supsa neft kəmərinin 1605 metrlik hissəsinin bu sərhədlərə daxil edilməsilə nəticələnəcək, 833 kilometr uzunluğu olan Bakı-Supsa kəməri nefti Sanqaçal terminalından Gürcüstanın Supsa terminalına daşıyır.
"Caspian Barrel" bildirir ki, Bakı-Supsa neft kəmərinin bir hissəsinin (1600 metrədək) Rusiya hərbçiləri və Gürcüstandan birtərəfli qaydada asılılığını elan etmiş Cənubi Osetiya qüvvələri tərəfindən nəzarət zonasına keçməsi xəbəri ilk dəfə 2013-cü il sentyabrın 25-də yayılıb. Bu, onunla əlaqədar olub ki, Cənubi Osetiya Sovet zamanı mövcud olan administrativ sərhədlərinin mühafizəsini bərpa etmək fikrinə düşüb və silahlı postlarını tədricən 1 kilometrədək Gürcüstanın içərilərinədək irəli çəkib.
Nəticədə, Bakı-Supsa boru kəmərinin bir hissəsi zəbt olunmuş ərazilərdə qalıb. Həmin boru kəmərinin bu hissəsi Sovet zamanı tikilmişdi. 2013-cü ildən bəri Bakı-Supsa boru kəmərinin fəaliyyətində heç bir dəyişiklik baş verməyib. Boru kəmərinin operatoru BP şirkəti əvvəlki qaydada ondan istifadə edir. Ötən ilin yekunlarına görə, bu kəmərlə 4,2 milyon ton neft daşınıb ki, bu da Azərbaycanın ümumi ixrac neftnin 12%-ni təşkil edib.
Bakı-Supsa neft kəmərinin xəritəsi


Şərhlər