"Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanın Yunanıstana yeni iqtisadi yardım planı ilə bağlı razılaşmanı tənqid edib.
Təşkilatın bildirdiyinə görə, Yunanıstanın dövlət borcu indi “həddən artıq dayanıqsızdır”.
Çərşənbə axşamı BVF avroqrup maliyyə nazirlərinə verdiyi məsləhətləri ictimailəşdirib.
Məsləhətlərdə Yunanıstanın borclarının bir hissəsinin silinməsi təklifləri də yer alıb.
Ölkənin borcları ilə bağlı böhranın həllində BVF və Yunanıstanın kreditorları arasında fikir ayrılığı əvvəl də olub. Lakin bu ilk dəfədir ki, anlaşılmazlıq ictimailəşdirilir.
BVF rəsmilərindən birinin sözlərinə görə, üçüncü yardım paketi üçün maliyyə yalnız Avropa İttifaqı kreditorlarının “aydın plan” təqdim etməsindən sonra mümkün ola bilər.
Bu gün Yunanıstan parlamentində üçüncü yardım planı ilə bağlı iqtisadi islahatlara dair səsvermə keçiriləcək.
Yunanıstan borclarının təxminən 10 faizini BVF –na ödəməlidir.
O, iki dəfə bu ödəmə üçün son tarixi qaçırıb və bunu edən ilk Aİ ölkəsidir.


Şərhlər