Menu

İraqda havanın temperaturu 50 dərəcəni keçib

15.07.2015, 17:13

havaİraq hökuməti iyulun 16-nı rekord istilər səbəbindən rəsmi istirahət günü elan edib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, İraq hökumətinin rəsmi internet səhifəsində qeyd olunub ki, 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarəti rekord səviyyəyə - 50 dərəcəyə çatacaq. Bu səbəbdən ölkənin Nazirlər Şurasının Baş katibliyi 16 iyulu qeyri-iş günü elan edib.

Nazirlər Şurasının sədr müavini Həsən əl-Canabinin sözlərinə görə, bu qərar bank və hüquq-mühafizə orqanları istisna olmaqla, bütün dövlət müəssisələrinə şamil olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol