Menu

Mərkəzi Bankdan kommersiya banklarına növbəti tapşırıq

15.07.2015, 18:44
Mərkəzi Bankdan kommersiya banklarına növbəti tapşırıq

Mərkəzi Bank kommersiya banklarına növbəti tapşırığını verib.

“Marja”nın bank sektorundakı mənbədən əldə etdiyi məlumata görə, Mərkəzi Bankdan banklara mikro kreditlərin maksimum illik 25% dərəcəsilə verilməsi tapşırılıb. Banklarda mikrokreditlər üzrə illik faiz dərəcəsi 32%-dək çıxır.

Mikrokreditlər kiçik məbləğlərdə olduğu üçün hər bir kreditin verilməsinə çəkilən xərc, iriməbləğli kreditlər ilə müqayisədə daha çox olur. 50 min manatı bir nəfərə kredit şəkilində ayırmaqla, 50 nəfərə ayırmaq arasında böyük əməliyyat xərci fərqi var.

Qeyd edək ki, bundan öncə banklara istehlak kreditlərini maksimum 29% dərəcəsi ilə verilməsi tapşırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol