Rusiya KİV-nin verdiyi məlumata görə, iyulun 23-də Çita şəhərində torpaqların Çin investorlarına icarəyə verilməsinə etiraz əlaməti olaraq mitinq keçiriləcək. Məlumatı «Zabmedia» yayıb (Rosbalt).
Xatırladaq ki, «Zabaykalye»nin hökuməti bu barədə Çinin «Xuae Sinban» şirkəti ilə niyyət protokolu imzalayıb. Protokol, Çin tərəfinə 115 min hektar torpağın 49 illiyə, kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə icarəyə verməyi nəzərdə tutur. Layihənin ikinci mərhələsində - 2019-cu ildən başlayaraq - asiyalı tərəfdaşlar daha 200 min hektar toprağı icarəyə götürə biləcəklər. Bölgə başçısı Konstantin İlkovskinin sözlərinə görə, məmurlar bölgədə xarici kapitallı Rusiya müəssisəsi yaratmaq istiqamətində danışıqlar aparırlar.
Bundan əvvəl sibirlilər öz ərazilərində torpaqların çinlilərə icarəyə verilməsinə qarşı imza toplamağa başlamışdılar. Xəbərlərə görə, bu barədə internetdə yerləşdirilmiş müraciəti artıq bir neçə min insan imzalayıb.
AzPolitika.info


Şərhlər