Taliban lideri Molla Məhəmməd Ömər Əfqanıstan hökuməti ilə barışığa dəstək verdiyini açıqlayıb. Musavat.com-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Ramazan bayramından əvvəl açıqlama verən Taliban lideri, "İslam dini düşmənlərlə qarşılıqlı sülh əlaqələrinə qarşı deyil" deyə qeyd edib.
Ötən həftə Pakistanda Taliban lideri Molla Ömər ilə Əfqanıstanın hökümət nümayəndələri arasında ilk rəsmi görüş baş tutub. Rəsmilər bildiriblər ki, xarici qüvvələrin işğalına son qoymağın yolu bu səpkidə olan görüşlərdən keçir.
Pakistanda həyata keçirilən görüşlərin Ramazan bayramından sonra da baş tutacağı istisna edilmir.
Taliban lideri Əfqanıstan və bölgədəki İŞİD tərəfdarları barədə danışmasa da, "Müsəlman dünyası birlik və qardaşlığını qorumalıdır "- deyə vurğulayıb.


Şərhlər