Menu

İmtahanların nəticəsi bu gün açıqlanır

16.07.2015, 10:44
İmtahanların nəticəsi bu gün açıqlanır

I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər bu gün nəticələri öyrənə biləcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, I və IV ixtisas qrupu üzrə qəbul imtahanın nəticələri bu gün günortadan sonra açıqlanacaq.

Qeyd edək ki, TQDK iyulun 14-də cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol